• Bakı 22° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

ll Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları Rusiyada tapılıb

CƏMİYYƏT

27 Iyun 2025 | 21:10

ll Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları Rusiyada tapılıb

II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb. O, 1942–1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.

    2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın “Krasnoarmeets” axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd Qırmızı Ordu əsgərinin qalıqlarını aşkar edib.

    Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı – “M.F.Xudaverdiyev” yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

    Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.

     


    SON XƏBƏRLƏR

    27 Iyun 2025