• Bakı 23° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

"Ağrılardan canını qurtardı" - Nofəl Qasımov

CƏMİYYƏT

27 Iyul 2025 | 19:26

Ağrılardan canını qurtardı - Nofəl Qasımov

"Son zamanlar səhhətində narahatlıq var idi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Unikal"a Milli qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov anası Dursun Qasımovanın ölümü ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, anası son vaxtlar çox əziyyət çəkirmiş:

"Ağırları var idi, bu gün həkim gətirimişdik. Saat 18:00 olardı, anam rəhmətə getdi. Axır vaxtlar vəziyyəti ağırlaşmışdı, hətta ayaqları tutulmuşdu. Hər gün vəziyyəti ağırlaşırdı. Ayaqlarına qan işləmirdi, yerdə yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Yaşı çox olduğundan ağrılara dözə bilməz deyə ayaqları kəsilmədi. Ağrılardan canını qurtardl, o qədər zülm çəkdi ki, danışmaqla bitməz".


SON XƏBƏRLƏR

26 Iyul 2025