• Bakı 14° C

    2.52 m/s

DİN-dən sürücü və valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

27 Iyun 2025 | 20:04 | Müəllif: Subhan Mahmudov

DİN-dən sürücü və valideynlərə XƏBƏRDARLIQ

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib.

“Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın”, - nazirlik rəsmisi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026