• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Beyninə qan sızan aktyor danışdı

CƏMİYYƏT

27 Iyun 2025 | 21:20

Beyninə qan sızan aktyor danışdı

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti yaxşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun özü açıqlamasında bildirib.

"Çox şükür, bu dəfə hər şey yaxşı qurtardı. Artıq səhhətim normallaşır. Hələ ki müalicələrim davam edir, ümid edirəm ki, hər şey daha yaxşı olacaq".

Xatırladaq ki, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026