• Bakı 21° C

    0.98 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Azərbaycan Prezidenti: Əminəm ki, üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

    SİYASƏT

    28 May 2025 | 17:22

    Azərbaycan Prezidenti: Əminəm ki, üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

    Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.

    Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

    “Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.


    SON XƏBƏRLƏR