• Bakı 20° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Kürdə suyun səviyyəsi artıb

CƏMİYYƏT

29 May 2025 | 09:13

Kürdə suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 29-u saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.


SON XƏBƏRLƏR