Türkiyəli keçmiş model Dəniz Akkayanın qızı ilə bağlı qəyyumluq işinə baxan məhkəmənin hakimini sosial şəbəkədə təhqir və təhdid etdiyi iddiası üzrə məhkəmə işi yekunlaşıb.
Bakıvaxtı.az Türkiyə mətbuaatına istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən Dəniz Akkayanın iki cinayət maddəsi üzrə 2 il 4 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Məhkəmədə modelin vəkili iştirak edib. Akkaya iclasda iştirak etmədiyi üçün onun son sözlərini soruşmaq mümkün olmayıb. Vəkili isə müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Lakin məhkəmə müttəhim Deniz Akkaya barəsində həbs qərarı verib.