• Bakı 19° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb

CƏMİYYƏT

29 May 2025 | 09:41

“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanılıb

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Bakıvaxtı.az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.


SON XƏBƏRLƏR