Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü “Associated Press“ Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Hazırda Mask Hökümətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edir.
Sahibkarın özü də çərşənbə günü “X” hesabında paylaşım edərək dövlət işçisi kimi ona ayrılan vaxtın başa çatmaq üzrə olduğunu bildirib.