• Bakı 20° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ərdoğan ABŞ-yə səfər edə bilər

DÜNYA

29 May 2025 | 10:05

Ərdoğan ABŞ-yə səfər edə bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsini istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var.

"Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə səfəri də mümkündür. Səfərdən əvvəl onlar Haaqada keçiriləcək NATO sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - H.Fidan bildirib.


SON XƏBƏRLƏR

15 Iyun 2025