İsveçrədə Alp dağlarındakı qar uçqunu torpaq sürüşməsi ilə nəticələnib.
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Vale kantonunun Löçental vadisində yerləşən Blatten kəndində baş verib.
Təbiət hadisəsi nəticəsində kənd bütövlüklə məhv olub. Səlahiyyətlilər 1 nəfərdən xəbər alınmadığını açıqlayıblar.
Bildirilir ki, 200 nəfər əhalisi olan kənd ehtiyat tədbiri olaraq mayın 19-da boşaldılıb.