• Bakı 24° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib

SİYASƏT

28 May 2025 | 17:04

Ərdoğan Laçında Səməd Vurğunun Azərbaycan şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdə çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"


SON XƏBƏRLƏR

29 May 2025