Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda siçanların sayındakı kəskin artım ciddi ictimai sağlamlıq böhranına çevrilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin mərkəzindən keçən Milyaçka çayında üzən siçanlar diqqət çəkib. Sakinlər zibillərin toplanmaması, uşaq parkları və digər ictimai məkanlarda ölü heyvanların təmizlənməməsi ilə bağlı narazılıqlarını ifadə edirlər.
Şəhərdə gigiyena vəziyyətinin pisləşməsi, kemirici mənşəli xəstəliklərin yayılması üçün əlverişli şərait yaradıb.
Mütəxəssislər bildirir ki, bu həftə cəmi 24 saat ərzində ölkənin ən böyük xəstəxanasına 12 leptospiroz hadisəsinin bildirilməsi siçan populyasiyasına nəzarətsizliyin birbaşa nəticəsidir.
Leptospiroz xalq arasında “siçan qızdırması” kimi tanınan xəstəlik əsasən siçan sidiyi və ya nəcisilə çirklənmiş su və ya torpaqla təmas nəticəsində insana keçir. Baş ağrısı, əzələ ağrısı, ağciyərdə qanaxma kimi simptomlarla müşayiət olunan bu xəstəliyin ağır forması Weil sindromu sarılıq və böyrək çatışmazlığına səbəb ola bilər.
Sarayevoda yerli hakimiyyət orqanları vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün rəsmi olaraq epidemiya elan edib. Şəhər üzrə təcili təmizlik və dezinfeksiya işləri başlanılıb. Bələdiyyəyə bağlı təmizlik qrupları ictimai ərazilərdə dezinfeksiya aparır, zibillərin toplanma tezliyi artırılıb.
Nuriyyə Musayeva