Milli Basketbol Assosiasiyasında (NBA) ilk finalçı bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, "Oklahoma" həlledici raundda iştirak hüququ qazanıb.
Komanda yarımfinal mərhələsinin beşinci oyununda "Minnesota"nı 124:94 hesabı ilə üstələyib. Seriyada 4:1 önə keçən "Oklahoma" finala vəsiqə əldə edib.
Qeyd edək ki, digər yarımfinalda "Nyu-York Niks" və "İndiana" kollektivləri qarşılaşır. "İndiana" hazırda seriyada öndədir - 3:1.