Rusiya müharibənin 1190-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 195 PUA-sı, 607 zenit-raket kompleksi, 23 618 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 361 artilleriya və minaatanı, 36 091 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.