Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-nin sənaye məhsulları qeydə alınıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən sanksiyalar ilə bağlı beynəlxalq konfransda bildirib.
"Nə qədər Rusiya bizimlə müharibədədir, dünya bazarı ona bağlı olmalıdır. Bu, bizim və sizin təhlükəsizliyiniz və sadəcə ədalət naminədir. Təəssüf ki, bu gün hətta Qərb ölkələri hələ də Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz etməkdə davam edirlər", - Zelenski deyib.
"Mütəxəssislərimiz artıq Rusiya pilotsuz təyyarələrində, bu ölkənin raketlərində olan yüzlərlə növ müxtəlif komponentləri qeydə alıblar. Təəssüf ki, təkcə son bir ildə Rusiyadan bizə uçan dron və raketlərdə, Çin, Tayvan, Cənubi Koreya, Yaponiya, Fransa, Almaniya, İtaliya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın azı 12 ölkəsindən hərbi sənaye məhsulları qeydə alınıb. Planlaşdırılan tədarük müqavilələri haqqında da məlumatımız var. Rusiyanı qara yollarla təmin edirlər", - o əlavə edib./report