• Bakı 23° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

ÜST quş qripi ilə bağlı növbəti xəbərdarlıq etdi

DÜNYA

28 May 2025 | 20:16

ÜST quş qripi ilə bağlı növbəti xəbərdarlıq etdi

Kamboca səlahiyyətliləri, H5N1 quş qripi virusuna yoluxma nəticəsində Kamponq-Speu əyalətində 11 yaşlı uşağın öldüyünü təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyinə istinadən “Khmer Times” qəzeti məlumat yayıb.

Agentliyin məlumatına görə, uşaq hərarət, öskürək və nəfəs darlığı əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər bir həftə əvvəl ailəsinin quşçuluq fermasında bir neçə toyuq və ördək ölüm hadisəsi baş verdikdən sonra oğlanın yoluxduğunu müəyyən ediblər. Test nəticələri H5N1 quş qripi virusu üçün müsbət test nəticəsini təsdiqləyib. Həkimlərin bütün səylərinə baxmayaraq, uşaq mayın 27-də dünyasını dəyişib.

Bu, 2025-ci ildə krallıqda H5N1 qripi virusundan qeydə alınan dördüncü insan ölümüdür. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H5N1 quş qripinin yeni yayılmasının qlobal riski barədə fövqəladə xəbərdarlıq edib və ölkələri potensial pandemiyanın qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirmək, məlumat mübadiləsi və tədqiqat nəticələrini təcili tədbirlər görməyə çağırıb. ÜST Kambocanı quş qripi virusunun yayılma riski yüksək olan ölkə kimi təsnif edir. Krallıqda insanlarda H5N1 qripinə yoluxma hallarının 75-i qeydə alınıb, onlardan 46-sı ölümlə nəticələnib.


SON XƏBƏRLƏR

29 May 2025