• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Xalq artisti: Sənəti o cür adama sevdirdim

ŞOU

28 May 2025 | 16:04

Xalq artisti: Sənəti o cür adama sevdirdim

Xalq artisti Roza Cəlilova mərhum ərindən danışıb.

Bakıvaxtı.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, sənətini ömür-gün yoldaşına sevdirə bildiyini deyib:

“Heyf,rəhmətə getdi. O qədər qaşqabaqlı idi ki, gəlirdi, deyirdi, kimi evə aparmaq lazımdır, maşınımızla gedək. Deyirdilər ki, Roza xanım, o yazığı bizə işçi etmisiz. Görürdü ki, mən işimi sevirəm, o da həyat yoldaşımdır, kömək lazım olanda edirdi. Ona həmişə rəhmət oxuyuram.

Neçə maşını var idi. Gör, işimi necə sevirdimsə, o cür qaraqabağa da sevdirmişdim, Deyirdi, kömək etməyə gələcəyəm. Bir də görürsən, gəlirdi ki, kim gəlməyib? Deyirdim, yerində otur. Diş həkimiydi, ona incəsənəti elə öyrətdim ki, dedi ki, doğrudan da sənət sənətdir. Sənəti qorumaq və xalqa çatdırmaq lazımdır. Mən bunu etdim”.


SON XƏBƏRLƏR