ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi dayandırdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdə Oval Ofisdə jurnalistlərə açıqlamasında o, bu addımı Ukrayna ilə danışıqlara müdaxilə etmək istəmədiyi üçün atdığını bildirib.
“Əgər razılaşma əldə etməyə yaxın olduğumu düşünürəmsə, bunu etməklə onu pozmaq istəmirəm”,- deyə Tramp əlavə edib.