• Bakı 23° C

    0.31 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Bakı Davamlılıq Koalisiyasına dair növbəti addımlar müzakirə edilib

COP29

28 May 2025 | 16:23

Bakı Davamlılıq Koalisiyasına dair növbəti addımlar müzakirə edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının digər üzvləri görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu A.Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Koalisiyanın COP29-un işə başladığı vaxtdan bəri əldə etdiyi irəliləyişlər vurğulanıb. Xüsusilə, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsü üzrə artan beynəlxalq dəstəyi qeyd edilib. MAP təşəbbüsünü artıq 200-dən çox tərəfdaş, o cümlədən 54 milli hökumət, 100-dən çox şəhər və bir sıra beynəlxalq və regional təşkilatlar təsdiqləyib.

"Biz həmçinin Bakı Davamlılıq Koalisiyasının irəliləyişinə dair növbəti addımları da müzakirə etdik. Əsas prioritetlər Koalisiyanın fəaliyyətinin institusionallaşdırılması, tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi və əsas beynəlxalq platformalara COP30 və Ümumdünya Şəhərsalma Forumuna (WUF13) fəal hazırlıqdan ibarətdir", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR