Xalq şairi Nəriman Həsənzadənin səhhəti ağır olaraq qalır.
Bunu Bakıvaxtı.az-a şairin oğlu Nazim Həsənzadə bildirib.
Onun sözlərinə görə, Nəriman Həsənzadənin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir və huşu yoxdur.
“Həkimlərdən hər dəfə soruşanda bildirirlər ki, vəziyyəti ağır-stabil olaraq qalır. Atamın səhhəti ilə təkcə dövlət qurumları və dostları deyil, bütün xalq maraqlanır. Sizə də təşəkkür edirəm ki, zəng edib halını soruşursunuz. Allaha pənah aparır, dua edirik ki, bu ağır vəziyyətdən çıxsın. Çox çətindir”, – deyə Nazim Həsənzadə qeyd edib.
Qeyd edək ki, Nəriman Həsənzadə bir neçə gün əvvəl yenidən süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Aydın
Bakı 



