• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Hörmüzdə tanker minaya düşdü

DÜNYA

26 Iyul 2026 | 17:43 | Müəllif: Subhan Mahmudov

Hörmüzdə tanker minaya düşdü

İranla razılaşdırılmamış marşrut üzrə hərəkət edən tanker Hörmüz boğazında minaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Defa Press agentliyi məlumat yayıb.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Xatırladaq ki, rəsmi Vaşinqton və Tehran arasında sonuncu dəfə atəşin dayandırılması ilə bağlı razılq əldə olunandan sonra iyulun 8-də Amerika Birləşmiş Ştatları qüvvələri İran ərazisinə zərbələr endirib. Bu addımın Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq atıldığı bildirilib. İran da, öz növbəsində, Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman da daxil olmaqla, ABŞ-nin Yaxın Şərqdəki hədəflərinə zərbələr endirməyə başlayıb.

Tərəflər iyulun 24-də atəşi dayandırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026