• Bakı 27° C

    17.09 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Kürdəmirdə YDM yanır - FOTO

CƏMİYYƏT

27 Iyul 2026 | 09:22

Kürdəmirdə YDM yanır - FOTO

Kürdəmir rayonunda yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, yanğın yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində açıq ərazidə yanğın baş verməsi barədə informasiya daxil olub.

"Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Hazırda açıq ərazidə məişət və təkər tullantılarının toplandığı sahədə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026