Böyük Britaniyanın Baş naziri Endi Bernhem bu gün Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, V.Zelenski E.Börhemin görüşdüyü ilk xarici lider olacaq. Açıqlamada bildirilir ki, iki lider arasındakı görüş dəniz bazasında baş tutacaq. Onlar Qara dənizdə gələcək missiyalara hazırlıq məqsədilə mina əleyhinə təlimdə iştirak edən Ukrayna və Britaniya hərbçiləri ilə fikir mübadiləsi aparacaqlar.
E.Börnhem görüş öncəsi bəyan edib ki, Birləşmiş Krallıq Ukrayna ilə həmrəydir və dəstəyi sarsılmaz olaraq qalır:
“Rusiyanın bizim qətiyyətimizə şübhəsi olmamalıdır və biz Ukrayna üçün ədalətli, davamlı sülhə nail olana qədər geri çəkilməyəcəyik”.
Qeyd edək ki, yeni Baş nazir artıq ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir neçə xarici liderlə telefon danışıqları aparıb. Birləşmiş Krallıq Ukraynanın ən güclü tərəfdarlarından biridir və 2022-ci ildə Rusiyanın işğalı başlayandan bəri təxminən 25 milyard funt sterlinq (təxminən 29 milyard avro) səfərbər edib, o cümlədən 16 milyard funt sterlinq hərbi yardım göstərib.
Aydın
Bakı 



