Bazar ertəsi Asiya bazarlarının açılışında neft qiymətləri düşüb.
Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq neft etalonu olan Şimal dənizindən çıxarılan Brent markalı neftin qiyməti 5,58% azalaraq 91,38 dollara (təxminən 80 avro), onun ABŞ ekvivalenti olan WTI markalı neftin qiyməti isə 5,46% azalaraq 84,43 dollara (təxminən 74 avro) çatıb.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında razılaşmaya ümidlər artıb. ABŞ-nin İrana ardıcıl iki gecə zərbə endirməməsi müharibə edən tərəflər arasında yeni danışıqlar üçün “qapılar açıb”.
Aydın
Bakı 



