• Bakı 27° C

    17.09 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Ötən həftə 881 yanğına çıxış olub

CƏMİYYƏT

27 Iyul 2026 | 09:32

Ötən həftə 881 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 881 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Iyul 2026