• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

CAR Prezidenti Azərbaycan liderini təbrik edib

SİYASƏT

28 May 2025 | 18:51 | Müəllif: Subhan Mahmudov

CAR Prezidenti Azərbaycan liderini təbrik edib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR