• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Avtomobil işıq dirəyinə çırpıldı - sürücü öldü

HADİSƏ

29 May 2025 | 09:43

Avtomobil işıq dirəyinə çırpıldı - sürücü öldü

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında qeydə alınıb.

Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolayrıcında işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


SON XƏBƏRLƏR

03 Dekabr 2025