• Bakı 17° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

DÜNYA

26 Aprel 2025 | 09:05

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

Pakistan Ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) yaraqlıları olub.

Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Ərazinin təmizlənməsi əməliyyatı davam edir.

Məlumata görə, hərbçilər arasında itki yoxdur.


SON XƏBƏRLƏR

25 Aprel 2025