• Bakı 20° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Tramp Kristi Noemi İsrailə göndərir

DÜNYA

25 May 2025 | 22:49

Tramp Kristi Noemi İsrailə göndərir

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bu gün İsrailə səfər edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda baş verən son terror aktından sonra Prezident Donald Tramp Kristi Noemdən İsrailə getməyi xahiş edib. Səfər zamanı amerikalı nazir İsrailin baş naziri Benyamin Netanyahu və terrorda zərərçəkənlərlə görüşəcək.

Amerikalı nazir İsraildən sonra Polşaya səfərə gedəcək.

Xatırladaq ki, mayın 21-də ABŞ-nin İsraildəki səfirliyinin iki əməkdaşı Vaşinqtonda Yəhudi Muzeyi qarşısında öldürülüb./Teleqraf.com


SON XƏBƏRLƏR

25 May 2025