• Bakı 23° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

İran Prezidenti: İsrail məqsədlərinə nail ola bilmədi

DÜNYA

24 Iyun 2025 | 22:08

İran Prezidenti: İsrail məqsədlərinə nail ola bilmədi

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.


SON XƏBƏRLƏR

24 Iyun 2025