Ukrayna Avropa Birliyinə qəbul edilməməlidir , çünki yeni üzvlər bloku gücləndirməlidir, onu zəiflətməməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto CNN telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ölkədə gedən müharibə səbəbindən təhlükəlidir.
O qeyd edib ki, Macarıstan hökuməti Ukraynanın bloka üzv olmasını istəmir:
"Ukrayna qətiliklə Avropa Birliyini daha güclü etməyəcək, əksinə... Müharibə aparan ölkə Avropa Birliyinə müharibəni gətirir, bu, bizim istədiyimiz deyil. Ukraynanın hazırkı vəziyyəti Avropa Birliyini praktiki olaraq zəiflədəcək".