• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb

DÜNYA

24 Iyul 2025 | 19:00

Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb

İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən bildirir.

"Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.

Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.


SON XƏBƏRLƏR

25 Iyul 2025