Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Brüsselin ticarət əlaqələrinin yenidən qurulmasının zəruriliyini bəyan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə Pekində keçirilən Aİ-Çin sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Çinin ümumi ixracının 14,5 %-i Avropa İttifaqının (Aİ) payına düşür. Lakin Aİ-nin ixracında Çinin payı cəmi 8 %-dir. Bu rəqəmlər əlaqələrimizin miqyasını göstərir, lakin onlar həmçinin artan disbalansı da açıqlayır", - fon der Lyayen qeyd edib.
Onun sözlərinə görə, Avropa öz bazarını "Çin malları üçün açıq saxlayır", lakin Çin tərəfindən də qarşılıqlı addımlar gözləyir.
Ukraynada müharibəyə gəlincə, onun fikrincə, bu, Avropanın təhlükəsizliyinə birbaşa və təhlükəli təsir göstərir./Report