• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

“Baza” işində təqsirləndirilən Belqorod polisi həbs edilib

DÜNYA

24 Iyul 2025 | 19:54

“Baza” işində təqsirləndirilən Belqorod polisi həbs edilib

Rusiya Daxili İşlər Nazirliyinin Belqorod şəhəri üzrə 3 saylı polis idarəsinin cinayət axtarış şöbəsinin böyük əməliyyatçısı Aleksandr Selivanov “Baza” teleqram kanalının jurnalistlərindən rüşvət alma işi üzrə günahını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

“Günahımı tam etiraf edirəm, peşmanam. İstintaqla əməkdaşlığa hazıram, nəyisə gizlətmək fikrində deyiləm”, - Selivanov bildirib.

Məhkəmənin qərarı ilə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən A.Selivanov həbs edilib.

“Məhkəmə Səlivanovun 1 ay 27 gün müddətinə həbs edilməsi barədə qərar çıxarıb”, - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 22-də səhər saatlarında Rusiya təhlükəsizlik qüvvələri məşhur teleqram-kanal olan “Baza”nın ofisində, eləcə də “Baza”nın baş redaktoru Qleb Trifonovun mənzilində axtarışlar aparıb. Sonradan məlum olub ki, redaksiyanın azı beş əməkdaşı, o cümlədən Trifonov dindirilmək üçün saxlanılıb. Həmçinin rəsmi məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunan DİN-in ərazi idarələrinin bir neçə əməkdaşı da saxlanılıb.

İyulun 23-də kanalın baş redaktoru Trifonov və prodüseri Tatyana Lukyanova bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət verməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs ediliblər./report


SON XƏBƏRLƏR

25 Iyul 2025