• Bakı 27° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İrandan sonra İsrail də itkilərini ELAN ETDİ

DÜNYA

24 Iyun 2025 | 22:01 | Müəllif: Subhan Mahmudov

İrandan sonra İsrail də itkilərini ELAN ETDİ

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb.

“Müharibə başlayandan (13 iyundan) indiyədək İsrailə 550-yə yaxın raket atılıb, 1000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrail Vergi İdarəsi dəymiş ziyanla bağlı 38,700 iddia qəbul edib. 15 500-dən çox insan evini itirib”, - Gendelman qeyd edib.

İsrailin hava məkanı bağlanıb və 150 ​​minə yaxın vətəndaş evinə qayıda bilməyib.

Qeyd edək ki, İran 12 günlük müharibə ərzində 606 nəfərin öldüyünü, 5332 nəfərin yaralandığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026