ABŞ prezidenti Donald Tramp iyunun 25-də Haaqada Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, görüşün NATO sammiti çərçivəsində keçirilməsi planlaşdırılıb və hazırda tərəflər gələcək danışıqların detallarını hazırlayırlar. Zelenskinin Trampla Rusiyaya qarşı sanksiyaların tətbiqi, eləcə də Ukraynanın ABŞ-dən silah alması imkanlarını müzakirə edəcəyi gözlənilir.