Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən yeni görüntülər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, təyyarədən praktiki olaraq heç nə qalmayıb. An-24 qırıntıları bir neçə yüz metrə səpələnib, bəzi hissələri hələ də yanır.
Qəza yerinə enmək mümkün olmadığından təcili yardım xidmətləri dağıntılara piyada getməli olub. Hazırda xilasedicilər hadisə yerinə gəliblər: onlar əraziyə baxış keçirir və axtarış işləri aparırlar.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, təyyarədə olan 48 nəfərdən heç biri sağ qalmayıb.