Maltanın Baş naziri Robert Abela ölkəsinin yaxın gələcəkdə Fələstinin müstəqilliyini tanıyacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Maltada artıq Fələstin səfiri var və 2024-cü ildə bu ölkə BMT Baş Assambleyasının Fələstinin təşkilata tamhüquqlu üzv olmaq hüququnu tanıyan qətnaməsinə sponsorluq edib, lakin hələ Fələstin dövlətinin tanınmasını rəsmən bəyan etməyib.
Abelanın sözlərinə görə, bəyanat iyunun 20-də BMT-nin dəstəyi ilə Səudiyyə Ərəbistanı və Fransanın təşkil etdiyi beynəlxalq konfransda açıqlanacaq. Malta hakimiyyətinin nümayəndələri açıq şəkildə bildiriblər ki, konfransda Fələstini tanıyan yeganə ölkə olmayacaq.
“Axios” Fransanın da iyunda Fələstinin müstəqilliyini tanımaq niyyətində olduğunu yazıb. Fransa Prezidenti Emmanuel Makron 2025-ci ilin aprelində "yaxın aylarda" belə bir açıqlama vermə planlarından danışıb.
Xatırladaq ki, 2024-cü ildə Norveç, İrlandiya, İspaniya və Sloveniya Fələstinin müstəqilliyini tanıdıqlarını elan ediblər./Axar.az