Mayın 25-i Moskvada ilin ən isti günü olub.
Bakıvaxtı.az xəbər verir ki, havanın temperaturu ilin əvvəlindən ən yüksək həddə çatıb və müsbət 27 dərəcə təşkil edib.
"Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus bildirib ki, bu rəqəmlər iqlim normasını 6 dərəcə üstələyir.
O qeyd edib ki, meteorologiya tarixində mayın 25-i üçün mütləq rekord 20 il əvvəl müəyyən edilib və müsbət 31.5 dərəcə təşkil edib.