• Bakı 20° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı

DÜNYA

26 May 2025 | 01:00

Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Gürcüstanda keçirilən mahnı festivalı zamanı Rusiya bayrağının təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Mətbuatda Gürcüstanda keçirilən mahnı festivalı zamanı ifaçılardan birinin Rusiya Federasiyasının dövlət bayrağını ləkələməsi barədə məlumat yayılıb. Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri cinayətkarların qanuna uyğun məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin başlanması üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqlərinə göstəriş verib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə gürcü müğənni Erekle Getsadzenin Tiflisdə keçirilən musiqi festivalı zamanı Rusiya bayrağını çox pis formada təhqir etdiyi video yayılıb./axar.az


SON XƏBƏRLƏR

25 May 2025