• Bakı 19° C

    2.45 m/s

Kilsədə 25 nəfərin ölümünə onlar səbəb olubmuş

DÜNYA

25 Iyun 2025 | 00:14 | Müəllif: Subhan Mahmudov

Kilsədə 25 nəfərin ölümünə onlar səbəb olubmuş

Dəməşqdəki Mar İlyas kilsəsinə edilən hücum İŞİD üzvü Əbdülələ əl-Cümeyli tərəfindən təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriya Daxili İşlər Nazirliyi açıqlayıb.

Hücumun iki nəfər tərəfindən təşkil edildiyi, hadisə yerindən qaçan şəxsin isə Suriya vətəndaşı olmadığı bildirilib.

Məlumata görə, qaçan hücumçu Seyyidə Zeynep bölgəsində yeni terror aktına hazırlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Dindirmələr zamanı hücumla bağlı 4 fərqli kamera və sursat anbarı müəyyən edilib.

Cumeylinin Dəməşqin Həcərül-Əsvəd məhəlləsində yaşadığı və hücum edənlərin onun köməyi ilə Hums əyalətinin Hol bölgəsindən Dəməşqə gəldiyi qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026