• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Mixail Qusmanı vəzifəsindən azad edildi

DÜNYA

24 Iyul 2025 | 23:05

Mixail Qusmanı vəzifəsindən azad edildi

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. O, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və Rusiya Federasiyasının əməkdar jurnalistidir.

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

 


SON XƏBƏRLƏR

25 Iyul 2025