İsrailin onun hərbi infrastrukturuna çoxsaylı zərbələr endirməsinə baxmayaraq, İran əhəmiyyətli taktiki potensialı saxlayır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən Mərkəzi Komandanlığın rəhbəri vəzifəsinə namizədliyi irəli sürülən vitse-admiral Çarlz Kuper deyib.
"Onların əhəmiyyətli taktiki potensialı var", - o, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində namizədliyinə baxılmasına həsr olunmuş dinləmədə deyib. Kuper İran Silahlı Qüvvələrinin vəziyyətinin qiymətləndirilməsi xahişini şərh edib. Çarlz Kuperin sözlərinə görə, Tehran bu potensialın elementlərindən birini iyunun 23-də ABŞ-nin Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirməklə nümayiş etdirib. Vitse-admiral İranın Yaxın Şərqdəki ABŞ qoşunları üçün hələ də ciddi təhlükə təşkil edib-etməməsi ilə bağlı suala təsdiq cavabını verib.
Ç.Kuper həmçinin əmin edib ki, əgər Tehran buna qərar versəydi, ABŞ ordusu beynəlxalq ticarət üçün vacib olan bu su yolunu minalamaqla İranın Hörmüz boğazını bağlamaq hərəkətlərini aşkar edərdi.