Gümrüdə rus hərbçisinin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, dünən saat 20:30 radələrində Gümrü şəhərinin Muş-2 məhəlləsində, Bulvarain 1-ci xiyabanında tikintisi başa çatmamış tikilinin yaxınlığında meyit tapılması barədə əməliyyat məlumatı daxil olub.
Polis və patrul əməkdaşları qeyd olunan yerdə əllərində bıçaq yaraları olan bir kişinin cəsədini aşkar ediblər.
İlkin məlumatlara görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun şəxsiyyəti müəyyən edilib: o, 24 yaşlı Rusiya vətəndaşı K.Antonenkodur.