7 saat ərzində 51 Ukrayna pilotsuz təyyarəsi Rusiya ərazisinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında yazıb.
Bildirilib ki, dron hücumları saat 13:00-20:00 arasında həyata keçirilib. PUA-ların əksəriyyəti (21) Kursk vilayəti üzərində səmada vurulub. Oryol və Tula vilayətləri təxminən eyni sayda pilotsuz təyyarə ilə hücuma məruz qalıb - müvafiq olaraq 12 və 11. Moskva vilayətində 6 pilotsuz təyyarə, Kaluqa vilayətində isə bir PUA məhv edilib.