• Bakı 22° C

    11.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Günəşdə güclü ALIŞMA

HADİSƏ

25 May 2025 | 09:26

Günəşdə güclü ALIŞMA

Mayın 25-də Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

“Mayın 25-də Bakı vaxtı ilə saat 05:52-də 4098 (S05W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”, - institutdan bildirilib.

Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.


SON XƏBƏRLƏR

24 May 2025