• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Şirvanda dələduzluq edən şəxs həbs edilib

HADİSƏ

23 Iyun 2025 | 13:15

Şirvanda dələduzluq edən şəxs həbs edilib

Şirvanda dələduzluq edən şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən Göygöl rayon sakini, 61 yaşlı Altay İsmayılov saxlanılıb. Adıçəkilən şəxs vətəndaşlara dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəldəcəyi, eləcə də övladlarını özəl təhsil müəssisələrində təhsil almalarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək onların müxtəlif məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

A.İsmayılovun qanunsuz əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.


SON XƏBƏRLƏR