• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb - VİDEO

HADİSƏ

23 Iyul 2025 | 12:11

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertəhlükəsizliklə bağlı xüsusi əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakini Hüseyn Məhərrəmov saxlanılıb. O, xarici kibercinayətkar dəstələrlə əlbir olaraq Azərbaycan vətəndaşlarının fərdi məlumatlarını ələ keçirib və “Telegram” da daxil olmaqla müxtəlif platformalarda satışa çıxarıb.

İstintaqla müəyyən edilib ki, H.Məhərrəmov nüfuzlu şəxslərin də məlumatlarını paylaşaraq reklam xarakterli elanlarla vətəndaşlara aid informasiyaları pul qarşılığında təklif edib. Cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Xarici şəriklərin müəyyən edilərək tutulması üçün beynəlxalq əməliyyat tədbirləri davam edir.


SON XƏBƏRLƏR