• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Binəqədidə quldurluq edən şəxslər saxlanıldılar

HADİSƏ

23 Iyul 2025 | 15:27

Binəqədidə quldurluq edən şəxslər saxlanıldılar

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək ondan 120 manat və 2 ədəd mobil telefon alıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuş 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR